[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-212.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Quba Dövlət Sosial İqtisad Kollecində Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qürbətov və Kollecin tələbələrinin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açıb. T. Turabov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Layihə rəhbəri respublikamızda uğurla keçirilən “Bakı 2015” ilk Avropa Oyunlarından, qısa vaxt ərzində dövlətimiz tərəfindən “Bakı 2015” üçün bütün hazırlıqların yüksək səviyyədə təşkil olunmasından, bütün dünyanın diqqətinin Azərbaycana yönəlməsindən danışıb.
2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini deyən T. Turabov ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərininaparıldığını qeyd edib.
Layihə rəhbəri qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub, o cümlədən də Quba rayonu.
Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda rəhbəri olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra söz Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qürbətova verilib. Q. Qürbətov sözügedən layihənin həyata keçirilməsinin bu günün tələblərindən olduğunu vurğulayıb. Dövlət başçısı İlham Əliyev tərəfindən gənclər və onların potensialının inkişafı üçün yaradılan yüksək şəraitdən danışıb. Məsləhətçi Quba rayonunda təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu qeyd edərək gəncləri bu layihədən səmərəli faydalanmağa səsləyib.
Daha sonra Kollecin tələbələri Amaliya Hacıyeva və Nərminə Məlikovaçıxış ediblər. Tələbələr bu kimi əhəmiyyətli layihənin onların Kollecində keçirilməsindən məmnun olduqlarını və layihə çərçivəsində keçirilən maarifləndirici tədbirdən faydalandıqlarını bildiriblər.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tələbələrə layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22811″ id=”22811″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]