[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed1.png” ]
“Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu”nun və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Həyəcan siqnalı” layihəsinə 24 iyul tarixində start veriləcəkdir.
Layihənin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir.
Layihə üçün çəkilən video artıq izləyicilərə təqdim olunub. Videoda jurnalistlərin etdiyi səhvlər, yaydıqları dezinformasiyalar və qanun qarşısında cavabdehlik mövzusu yer alır.
Videoda əsas ideya KİV-lər tərəfindən cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim olunması, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmasıdır.
https://www.youtube.com/watch?v=CF7zR8Upaxw