[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed15.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə!” adlı layihənin icrasına başlanıb. Layihənin Mingəçevir şəhərində icra edilməsi nəzərdə tutulur. 3 ay müddətində icra ediləcək layihənin məqsədi gəncləri gərgin dərs tempindən ayırmadan onları həm də əyləncə yol ilə məlumatlandırmaq, Azərbaycan qəhrəmanlarını daha dərindən öyrənib tanımaq və tanıtdırmaqdır. Elə bu məqsədlə3 ay müddətində buklet, təlim, sosial şəbəkə üzərindən təbliğat, seminarlar keçirməklə gənclərin maarifləndirilməsi nəzərdu tutulur. Marağı olan və bu istiqamətdə daha çox bilik əldə etmək istəyənlər üçün dərsdən əlavə dinləmə saatları təşkil ediləcək.
Layihə rəhbəri Sara Bağırlının sözlərinə görə, hazırda layihənin hazırlıq mərhələsi yekunlaşıb. Buklet və cib təqvimləri nəşr etdirilib, baner hazırlanıb. Mingəçevir şəhər Gənclər Evində iyul-avqust ayları ərzində 4 tədbirin təşkili nəzərdə tutulub. Layihənin icra müddəti sentyabr ayında yekunlaşacaq.