[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-38.jpg” ]
04 iyul 2015-ci il tarixdə Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və idman İdarəsi və M.Ə. Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə start götürmüş “İnstaBaku 2015” adlı layihənin bağlanış mərasimi keçirilmişdir.
Qeyd edək ki, 04 iyun 2015-ci il tarixdə start götürmüş layihə çərçivəsində layihə iştirakçıları tərəfindən “Bakı 2015-Birinci Avropa Oyunları” ilə əlaqədar keçirilən yarışları və ölkəmizin tarixi və təbii gözəlliklərini əks etdirən 130 şəkil Baku2015 həştəqi ilə paylaşılmış və ən çox bəyənilmiş 80 şəkil M. Ə. Rəsulzadə bələdiyyəsinin maliyyə dəstəyi ilə jurnal şəklində çap olunmuşdur.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə rəhbəri Dilarə Zamanova, layihənin icraci direktoru Abidin Sarıyev, Bak-2015 birinci Avropa Oyunlarında könüllü olmuş bir qrup Binəqədi gənci iştirak etmişdir. Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayon rəhbərliyinin gənclərə göstərilən diqqət və qayğısından geniş söz açaraq bildirdi ki, rayonda gənclərin şəxsi təşəbbüsləri əsasında müxtəlif layihələrin reallaşdırılması artıq ənənə halını almışdır. Natiq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaranmasından və fond tərəfindən həyata keçirilən layihələrdən danışıb. O, gənclərimizin təkcə Binəqədi rayonunda deyil, eləcə də ölkəmizdə həyata keçirilən mühüm layihələrdən söhbət açaraq gənclərə göstərilən diqqət və qayğıdan maksimum istifadə etmələrini tövsiyyə etmişdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını qeyd edərək, cəmiyyətin maraqlarının təmin edilməsində gəncliyin innovativ potensialından geniş istifadə olunduğunu xüsusi olaraq vurğuladı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək bildirdi ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.
Sonra Bakı-2015 birinci Avropa Oyunlarında könüllü olaraq çalışmış bir qrup Binəqədi gənci öz könüllülük fəaliyyətləri haqqında təəssüratlarını gənclərlə paylaşdılar.
Daha sonra layihə rəhbəri Abidin Sarıyev layihənin keçirilməsində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və layihənin təşkilində əməyi keçən gənclərə öz təşəkkürünü bildirmişdir.
Sonda Bakı-2015 birinci Avropa Oyunları hazırlıq məqsədilə rayon ərazisində keçirilmiş tədbirlərdə fəal iştirak etmiş bir qrup gənc rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olundu.
Tədbir gənclərin çay süfrəsi ətrafında səmimi disskusiya ilə davam etdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22776″ id=”22776″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]