[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-110.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Tariximizə Muzeylərin Gözü ilə Baxış” adlı layihəsi çəçivəsində AMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiyada layihə iştirakçıları ilə yanaşı Prezident yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyeva da iştirak etmişdir. Təşkil olunan ekskursiya zamanı layihə iştirakçıları Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü ilə və eləcə də xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin ev muzeyi ilə əyani şəkildə eksponatlar vasitəsilə tanış olmuşlar. Ekskursiya gənclərə müsbət təəssürat bəxş etmişdir.
“Tariximizə Muzeylərin Gözü ilə Baxış” layihəsinin əsas məqsədi muzeylərin mədəniyyətimizin əhəmiyyətli parçası olduğu fikrinə əsaslanaraq, gənclərimizdə muzeylərə olan marağın artırılmasına dəstək olmaqdır.
Layihə rəhbəri Aytən Hüseynova qeyd etmişdir ki, layihənin icra planına uyğun olaraq daha bir neçə muzeylərə ekskursiya təşkil olunacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22758″ id=”22758″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]