[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed10.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gülər Səlimli tərəfindən İsmayıllı rayonunda icra olunan “Meşələri məhv etməyək, yaşadaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Gülər Səlimli açıb. G.Səlimli layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən layihənin təlimçisi Q. Ağazadə zəngin təbiətə malik İsmayıllı rayonunda layihənin həyata keçirilməsinin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra söz Şahdağ Milli Parkının nümayəndəsinə verilib. R.Musayev sözügedən layihənin həyata keçirilməsinin bu günün tələblərindən olduğunu vurğulayıb. O, İsmayıllı rayonu ərazisində yerləşən meşələr, milli qoruqlar haqqında ətraflı məlumat vermişdir. Daha sonra söz İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyevə verilmişdir. Yaşar müəllim də öz növbəsində meşələrimiz haqqında geniş məlumatlar vermiş və ekologiyanın qorunmasında gənclərin rolunun böyük olduğunu çatdırdı.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Daha sonra iştirakçılara və rayon sakinlərinə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22749″ id=”22749″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]