[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-2.png” ]
“Danışan Kitab” müxtəlif janrlarda olan yerli və xarici, klassik və müasir və müxtəlif janrlarda ədəbiyyatları özündə birləşdirən audio kitabxana layihəsidir. Bu layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxlərə daha əlverişli imkan yaradacaq.
Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İRƏLİ” İctimai Birliyinin dəstəyi və Aynur Novruzovanın təşkilatçılığı altında həyata keçiriləcəkdir.
İlkin mərhələdə bir neçə janrdan ibarət, keçirilmiş sorğu nəticəsində müəyyənləşmiş kitablar könüllü şəxlər tərəfindən studioda səsləndiriləcək. Audio formatında olan kitablar həm yaradılacaq vahid elektron audio kitabxana olan www.danishankitab.az saytında yerləşdiriləcək ki, burada həmin audio kitabları onlayn şəkildə dinləyə və ya yükələyə biləcəklər, həm də disklər şəklində tərəfdaş olacaq kitab mağazasına veriləcək.
Saytda yerləşdirlmiş audio kitablarla yanaşı həmin kitablar haqqında tənqidçilərin, məşhur bloggerlərin fikirləri, kitabların satış rəqəmləri, sayt üzrə reytinq cədvəli, yazıçı haqqında olan məlumatlar və s. bölmələr yerləşdiriləcək. Sayta girmiş hər bir istifadəçi kitab və sayt barədə şərh yaza, təklif və iradlarını bildirmə imkanını əldə edəcək.
Qeyd edək ki, “Danışan kitab” layihəsi üçün səsyazmalara start verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22734″ id=”22734″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]