[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed8.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsmayılova Sevinc Yaqub qızı Gənclər Fondunun dəstəyi ilə “Gənclik və ətraf mühit” layihəsinə başlamışdır. Layihə may, iyun, iyul aylarında Xəzər rayonunda həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd hal-hazırda Xəzər rayonunun gənclərinin ətraf mühit haqqında biliklərini artırmaq və bununlada bahəm hal-hazırkı ekoloji durumun və problemin gələcəkdə törədə biləcəyi fəsadları anlatmaqdır.
Layihə rəhbəri Sevinc İsmayılovanın sözlərinə görə layihənin əsas vəzifələri:
– Xəzər rayonunda gənclərin ətraf mühit haqqında biliklərini inkişaf etdirmək üçün gəncləri bir araya toplayaraq layihəyə cəlb etmək,
– Gəncləri ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə üçün maarifləndirmək və onların bu sahədə rolunu artırmaq,
– İştirak edən gəncləri yeni bilik və bacarıqlara yiyələndirmək,
– Layihə nəticəsində gənclər ətraf mühitlə bağlı bilik və bacarıqlarını artıracaqlar və gənclər ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə üçün maarifləndirmək və onların bu sahədə rolu artırılacaqdır.
Bu layihədə fərqlənən gənclər sonrakı layihələrdə təlimçı kimi fəaliyyət göstərəcəklər.
Bu da layihənin davamlılığını qismən təmin edəcək.