[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-17.jpg” ]
“Azərbaycan Gənc Marketoloq – Reklamçılar” ictimai birliyi may ayında Qazax, Ağstafa və Tovuz rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bazar iqtisadiyyatı şəraitində ekoloji proseslərin iqtisadi problemləri” adlı layihə çərçivəsində tədbirlər keçirmişdir.
Tədbirlərdə layihənin rəhbəri Hafiz Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Keçən əsrin sonunda dünyada mövcud olan qlobal problemlər içərisində insan sağlamlığı üçün zaman etibarilə tədricən təhlükə yaradan ən mühüm problemlərdən biri sosial ekoloji problemlərdir. Məhz buna görədir ki, getdikcə gərginləşməkdə olan sosial-ekoloji problemlərin aradan qaldırılması bütöv bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən biri sayılır. Bütün dünya miqyasında müxtəlif təsərrüfat subyektlərinin fəaliyyəti təbiətə antropogen təsirlərin daha da güclənməsinə səbəb olur. Müxtəlif təyinatlı müəssisələrin tikintisinin genişlənməsi, əksər ölkələrdə nəqliyyat vasitələrinin sayının xeyli artması beynəlxalq səviyyədə ekosistemlərin tarazlığının pozulmasına, bitki və heyvanat aləminin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarmış, atmosfer havası və torpaqlar çirklənmiş, içməli su azalmış, ayrı-ayrı təbii sərvət növləri, demək olar ki, tükənmişdir. Nəticədə insan sağlamlığının özü böyük təhlükə altında qalmaqla bəşəriyyətin genetik fonduna ciddi xələl gətirməyə başlamışdır. Odur ki, məhz bu səbəblərdən ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması dünya alimlərini və bütövlükdə bəşəriyyəti düşündürən ciddi problemə çevrilmişdir. Tədqiqatlar isə göstərir ki, yaranmış problemi yalnız cəmiyyətin sosial-iqtisadi strukturlarının təbii bazisə əsaslanan inkişaf modelini hazırlamaqla aradan qaldırmaq mümkündür.
Tədbirlərdə Qazax, Ağstafa, Tovuz rayonundan olan fəal gənclər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir.
Tədbirlərdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitab və dəftərxana ləvazimatları paylanmışdır. Tədbirlərin sonunda iştirkaçılarla xatirə şəkli çəkilmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22721″ id=”22721″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]