[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-43.jpg” ]
Bu gün gündəmdə olan məsələlərdən biri də meşələrin və ağacların qorunması məsələsidir. Bu sahədə dövlət və yerli qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Oksigen mənbəyi olan meşələrimizi insan təhlükəsindən qorumaq üçün gənclər də təşəbbüs göstərirlər. Buna nümunə olaraq İsmayıllıda təqdim olunan Meşələri məhv etməyək,yaşadaq layihəsini göstərmək olar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi “Meşələri məhv etməyək, yaşadaq” layihəsinin İsmayıllıda baş tutan təqdimat mərasimində və ilk təlimində rayon gəncləri, Meşə Idarəsinin işçiləri, Ismayıllı rayon Icra Hakimiyyətinin nümayəndələri fəal iştirak ediblər.
Layihə rəhbəri Gülər Səlimli öz çıxışında bildirib ki, bu layihə insanları əsasən də gəncləri bizi əhatə edən meşələri, təbiəti qorumağa səsləyir. Təlim zamanı iştirakçılara bu sahədə bilgilərin yer aldığı maarifləndirici bukletlər paylanib.
Layihə çərçivəsində gənclərə Ətraf mühit və insan ekologiyası, Sabaha yaşıl addımlarla mövzularında təlimlər keçiriləcək. Təlim iştirakçıları rayon ərazisində yerləşən meşələrə təşkil olunmuş ekskursiyada iştirak edəcəklər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22707″ id=”22707″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]