[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed5.jpg” ]
03.07.2015-ci il tarixində Bakı şəhəri Sabunçu rayon 309 saylı tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu” layihəsinin sonuncu təlimi baş tutmuşdur. Layihə rəhbəri, YAP Gənclər Birliyinin fəal üzvü Arzu Xəlilova çıxış edərək bildirilmişdir ki,”Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu” layihəsinin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Tədbirdə yekun olaraq çıxış edən 309 saylı tam orta məktəbin direktoru Ramiz Osmanov, daha sonra təlimçi-309 saylı tam orta məktəbin “Gənclərin Çagırışaqədərki Hazılığı” fənninin müəllimi İntiqam Əsgərov bildirib ki, cəmiyyətdə vətənpərvərliyin ünsiyyət üslubuna çevrilməsi o cümlədən, vətənpərvərlik idealogiasının mənimsənilməsi istiqamətində maariflənmə işləri daima davam etdirilməlidir.
Sonda layihədə aktiv iştirak etmiş gənclər sertifikatlarla təltif olunmuşlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22701″ id=”22701″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]