[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed3.jpg” ]
25.06.2015-ci il tarixində Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu” adlı layihənin ikinci təlimi baş tutmuşdur. Təlimi açılış sözü ilə başlayan Azərbaycan Texniki Universitetinin “Tarix Kafedrası”nın müəllimi Cəfər Xanəliyev gənclərdə vətənpərvərlik ruhunun daima yüksək olmasını dövlət siyasətimizin əsas hissəsi olan vətənpərvərlik siyasətinin nəticəsi olaraq, vətənpərvərliyin ünsiyyət üslubuna çevrilməsinin vacibliyini vurğulamışdır. Daha sonra layihə rəhbəri, YAP Gənclər Birliyinin fəal üzvü Arzu Xəlilova çıxış edərək bildirmişdir ki, layihə çərçivəsində baş tutan təlimlər 4 gün davam edəcək. Layihədə fəal iştirak edən gənclər sonda sertifikatlar ilə təltif olunacaqlar.Bildirilmişdir ki,”Vətənpərvər gəncliyin yetişməsində ünsiyyətin rolu” layihəsinin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Məhz bu layihə bir daha gəncləri millət,dövlət və yüksək keyfiyyətlər ətrafında sıx birləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətindəki fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımızın həyatı, eləcə də Qarabağ müharibəsində vuruşan Milli Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu gənclər arasında təbliğ olunmalıdır. Ali və orta ixtisas məktəblərində belə bir qürur verici layihələrin keçirilməsi çox vacib amildir. Gənclər və yeniyetmələr maarifləndirilməlidir. Çünki müharibə şəraitində yaşayan respublikamız üçün belə maariflənmə tədbirləri xüsusilə önəmlidir. Bu istiqamətdə təlimlərin keçirilməsi gənclər və yeniyetmələr arasında vətənpərvərlik əhval-ruhiyyəsini daha da artıracaq və onlarda ictimai məsuliyyətin daha da güclənməsini təmin edəcək”.
Sonda tədbir gənclərin mövzu barəsindəki fikirləri,onları maraqlandıran suallar disskusiya şəklində davam etmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22683″ id=”22683″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]