[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-41.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Tədbir Quba Dövlət Sosial İqtisad Kollecində Quba rayon Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Mətləb Şıxbabayevin və Kollecin tələbələrinin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açıb. T.Turabov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Layihə rəhbəri layihənin ilk tədbirinin respublikamızın paytaxtı Bakı şəhərində böyük uğurla keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasiminə təsadüf etdiyini xüsusi vurğulayıb. Qısa vaxt ərzində dövlətimiz tərəfindən “Bakı 2015” üçün bütün hazırlıqların yüksək səviyyədə təşkil olunmasından danışıb. 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini deyən T. Turabov ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərinin aparıldığını qeyd edib.
Layihə rəhbəri 5 iyunun – Ümumdünya ətraf mühit günü olduğunu diqqətə çatdırıb. T. Turabov qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub, o cümlədən də Quba rayonu.
Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda rəhbəri olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra söz Quba rayon Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Mətləb Şıxbabayevə verilib. M. Şıxbabayev sözügedən layihənin həyata keçirilməsinin bu günün tələblərindən olduğunu vurğulayıb. Respublikamızda turizm potensialının inkişafı üçün yaradılan yüksək şəraitdən danışan mütəxəssis Quba rayonunda təbiətin qorunmasının və ətraf mühitin mühafizəsinin aktual məsələ olduğunu qeyd edib.
Daha sonra Kollecin tələbələri Mehdi Baxışov və Təhminə Teymurova çıxış ediblər. Tələbələr bu kimi əhəmiyyətli layihənin onların Kollecində keçirilməsindən məmnun olduqlarını və layihə çərçivəsində keçirilən maarifləndirici tədbirdən faydalandıqlarını bildiriblər.
Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tələbələr layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22673″ id=”22673″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]