[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-11.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qaliblərindən olan “Gənc Marketoloqlar Akademiyası” adlı layihəyə start verilir. Layihə 16-18 iyul 2015-ci il tarixlərində Gəncə şəhərində keçiriləcəkdir. Layihənin əsas məqsədi Qərb regionunda marketinq sahəsində gənclərdə maraq oyatmaq, onların bu sahədə bilik və bacarıqlarının artırılmasını təmin etmək, eyni zamanda marketinq sahəsində peşəkar mütəxəssislər hazırlamaqdan ibarətdir.
Layihə çərçivəsində keçiriləcək təlimlərin iştirakçısı olmaqla gənclər Marketinqə başlanğıc, Marketinq Mix -4P, Marketinq plan yazılması, Sosial mediada marketinq (PR alətləri), Effektiv satış və satış bacarıqları kimi məlumatlar əldə edəcəklər.
3 gün ərzində peşəkar təlimçilər tərəfindən keçiriləcək təlimlərdə 20 nəfər gənc bir araya toplanaraq qeyd edilən mövzularda maarifləndiriləcəklər. Təlimlər zamanı müəssisələrin satış tempinin yüksəldilməsi üçün tədbirlərin hazırlanması və komanda işləri təşkil olunacaq.
Məlumat üçün bildirək ki, Qeydiyyat üçün son tarix 12 iyuldur. Layihədə iştirakçı olmaq üçün aşağıdakı sorğunu doldurmaq tələb olunur. http://goo.gl/forms/sH5ZdiYgqx
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22668″ id=”22668″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]