[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-5.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Quliyev Təbriz Rasim oğlu “Marketiv” layihəsini uğurla sona çatdırdı.
Layihənin 27 İyun 2015-ci il saat 15:00-da 50 nəfərin iştirakı ilə reallaşdırılması nəzərdə tutulsa da, çoxsaylı iştirakçı müraciətlərini nəzərə alaraq “Marketiv” layihəsi 27 və 28 İyun tarixlərində 80 nəfərin iştirakı ilə Bakı şəhəri Səbail rayonu M.Ə.Rəsulzadə 6 ünvanında həyata keçirilmişdir.
“Marketiv” layihəsi ərzində marketinq sahəsində təhsil alan, öz karyerasını marketinq sahəsində qurmaq istəyən və marketinq sahəsinə marağı olan gənclərin nəzəri və praktiki biliklərinin artırılması, bu gənclərin Republikamızın öncül marketoloqları ilə bir araya gətirilərək davamlı və aktiv şəbəkələrin yaradılması təmin edilmişdir.
Layihənin təlimçi qonaqları Modern Marketing Group’un təsisçisi Yusif Vəliyev və Bazar Store-nin Trade Marketinq mütəxəsisi Qubad Fuadoğlu olmuşdır.
Layihə üç hissədən ibarət olmuşdur. Əvvəlcə iştirakçıların nəzəri biliklərinin artırılması məqsədi ilə aşağıdakı mövzulara toxunulmuşdır:
• Marketinqə giriş
• 4P
• Relam
• Müştəri məmnuniyyəti
• İstehlakçı özəllikləri
• Modern marketinq sektorları
• PR
• Satış nədir və satışın texnikasi
• Araşdırma və satış arasında qarşılıqlı əlaqə
• Güclü məhsul yoxsa güclü reklam
• Marketinq və satış
• Araşdırma sahəsində yeni trendlər
İkinci hissəyə keçməzdən əvvəl “Marketiv” layihəsinin təlimçi qonaqları və iştirakçılarına coffee-break təqdim edilmiş, bir saatlıq fasilədən sonra ikinci hissəyə başlanmışdır.
“Marketiv” layihəsinin ikinci hissəsində layihə iştirakçıları üç qrupa bölünərək Marketinqlə bağlı praktiki tapşırıq verilmişdir. Tapşırıq yerinə yetirildikdən sonra hər bir qrup lideri tərəfindən təqdimat həyata keçirilmişdir.Mütəxəssislərimiz tərəfindən praktiki tapşırığın qiymətləndirilməsi və lazimi tövsiyyələrin verilməsi reallaşdırıldıqdan sonra bütün layihə iştirakçıları xüsusi sertifikatlarla təltif olunmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22655″ id=”22655″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]