[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-131.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Mahmudova Səadət Mahmud qızının Bakı şəhərində həyata keçirdiyi “Ətraf mühtin qorunması sağlam həyatın qarantıdır!” layihəsi davam edir.
Layihənin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasında gənclərin və yeniyetmələrin rolunun artırılmasından ibarətdir.
Bu məqsədlə də layihədə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici təlimlərin kecirilməsi nəzərdə tutulmusdur. Təlimlər “Ekologiyaya və ətraf mühitə fərdi yanaşma prinsipləri”, “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılması”, “Təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması”, “Ətraf muhit, qlobal iqlim dəyişikliyi və buna səbəb olan amillər”, “Təbii sərvətlərimiz və onlardan səmərəli istifadə yolları” və sair kimi mövzular ətrafında aparılır. Layihə Bakı şəhərində 3 ay müddətində həyata kecirilir. Layihənin daha da effektiv olmasını təmin etmək üçün Gənclər və Idman idarəsindən eləcə də yerli QHT-lərdən ekspertlər dəvət olunmuşdur.
Layihə çərçivəsində layihəyə cəlb olunmuş gənclərə ətraf mühitin qorunması barədə ətraflı məlumatın verilməsi üçün müxtəlif metodlardan istifadə ediləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22637″ id=”22637″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]