[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-415.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “İnternat məzunlarının cəmiyyətə “İdmanla İnteqrasiya”sı” layihəsini uğurla sona çatdırdı. Layihə ərzində internat məzunu olan gənclər arasında futbol və paintball yarışları keçirildi, bununla bərabər gənclərdə dünyagörüşünün artırılması, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının yaxşılaşması, gənclər arasında sağlam həyat tərzinin təbliğatı istiqamətində təlimlər təşkil olundu. Gənclərlə daha yaxından tanış olmaq məqsədi ilə maarifləndirici xarakter daşıyan düşərgə təşkil olundu. Düşərgədən sonra layihə iştirakçıları tibbi müayinədən keçdi və onlara yoluxucu xəstəliklərdən qorunmaq üçün lazımı təlimlər keçirildi.
Layihənin təqdimatında Gənclər Fondu, Nizami rayon İcra Hakimiyyəti, Güləş Federasiyası, Azərbaycan Diplomatiya Akademiyası, “Business Development Solutions” və digər müəssisələrin nümayəndələri, “Qarabağ” futbol komandasının ulduzları, K1 idman növü üzrə Avropa çempionu 56 nəfər uşaq evi və internat məzunları iştirak etmişdilər.
Müxtəlif internat məkətbi və uşaq evi məzunları arasında 6 komanda yığıldı və onlar arasında futbol və paintball yarışları təşkil olundu. Oyunlar yüksək səviyyədə keçirildi. Qalib komandaya kubok təqdim olundu. Layihənin davamlılığı üçün futbol yarışlarında xüsusi fərqlənən gənclərdən ibarət “İMSİ” futbol komandası yaradıldı və digər gənclər təşkilatları ilə futbol oyunları təşkil olundu.
Layihə ərzində təşkil olunan düşərgədə 32nəfər gənc iştirak edib. Düşərgə əsasən maarifləndirici xarakter daşıyırdı, həmçinin gənclər üçün müxtəlif intellektual oyunlar və əyləncəli proqramlar təşkil olundu. Gənclərə “İdmanla inteqrasiya” mövzusunda təlimlər keçirildi, onlarda özünəinam və liderlik qabiliyyətləri inkişaf etdirildi. Həmçinin karyera qurmaları üçün lazım olan bacarıq və qabiliyyətlər iştirakçılara praktik təlimlər vasitəsilə öyrədildi.
Ümumilikdə layihə ərzində 6 mövzuda təlimlər təşkil olunub. Təlimlərin mövzuları:
– aktivlik dilenması, könüllülük
– özgüvən və mptivasiya
– natiqlik
– rezyume hazırlanma
– müsahibədən keçmə
– vətənpərvərlik
Layihənin gedişatını İctimai TV canlandırmışdı. Bundan başqa AzTV kanalında MAG verlişində bu layihəyə həsr olunmuş xüsusi verliş hazırlanmışdı, İctimai Radioda (90 FM) Yeni Gün verilişində layihə haqqında ictimaiyyətə məlumat verilmişdir. Bununla bərabər 10-dan artıq sayt portallarında layihənin gedişatına dair xəbərlər yerləşdirilmişdir.Layihə 15-iyunda başa çatmıçdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22611″ id=”22611″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]