[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-75.jpg” ]
2015-ci il iyun ayının 6-da Bakı şəhərinin Dənizkənarı Park ərazisində yerləşən Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group, Bakı Biznes Mərkəzi və İqtisadçı Tələbələrə Dəstək ictimai birliyinin tərəfdaşlığı ilə “Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin yekun tədbiri həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir keçən il Gənclər Fondunun fərdi layihəsi kimi qalib olmuş layihənin yekun-final mərhələsi idi. Tədbirdə layihənin əsas məqsədi olan yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi şəklində uzun bir tarixi yol keçmiş milli maddi – memarlıq irsimizin təbliğinə və kütləviləşməsi məsələsinə toxunulmuşdur. Rəsm müsabiqəsinin II mərhələsinin yekunu olaraq qaliblər elan edildi və layihənin tərəfdaşlarından olan Gazelli Group şirkətindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun diplomlarına layiq görüldülər. Tədbirdə iştirak edən münsiflər heyətinin tərkibi tərəfdaş və dəstəkçi təşkilatların rəhbərliyi və nümayəndələrindən, həmçinin məşhur rəssamlardan ibarət idi. Bura Hamlet İsaxanlı, Maisə Rəhimova, Ağəli İbrahimov, Fərman Qasımov, Əhmədova Firdovsiyyə, Gülarə Əliyeva və Ramin Cəfərov daxil idi. Adı çəkilmiş hörmətli şəxslərlə yanaşı Rəssam Rauf Əbdülhüseyn oğlu öz iştirakı ilə tədbirə rəng qatmışdır. Tədbirin açılışını Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı və Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov etmişdir. Tədbirə öz çıxışı ilə Maisə Rəhimova, Ağəli İbrahimov, Hamlet İsaxanlı və Əhmədova Firdovsiyyə rəng qatdılar. Müsabiqənin üçüncüsü “Şirvanşahlar sarayı” rəsmilə Müslimova Lamiyə, ikincisi “İçərişəhər” adlı rəsm ilə Saatova Zöhrə və birincisi “Azərbaycan” rəsmi ilə Hafizova Aytac oldu.
Layihənin yaradıcı qrupu Turanə Zamanova, Tura Əlisafazadə, Orxan Zamanov, İsmayıl Həmzəyev, İradə İsmayılzadə və Şahin Səlimbəyovdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22567″ id=”22567″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]