[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed22.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-ci qrant müsabiqəsinin C kategoriyası üzrə qalibi Günel Abdullayeva sözügedən layihənin icrasına başlamışdır. “Gələcəyi Boya” adlı layihə Xəzər rayonunda yerləşən uşaq evləri və internat məktəblərini əhatə edir və uşaq və yeniyetmələrin gələcəyə baxışlarını əks etdirəcək rəsm festivalının keçirilməsini nəzərdə tutur.
Layihənin məqsədi uşaq evləri və internat məktəbləri ilə fərdi təşəbbüskarlıqdan irəli gələn iş mexanizmini cəmiyyətə aşılamaq və bu yöndə sosial fəaliyyəti gücləndirməkdir. Eyni zamanda bu kimi yeniyetmə və uşaqlarda rəsmə olan marağı üzə çıxarmaq, onların sevimli məşğuliyyətləri çərcivəsində səmərəli vaxt keçirməklərini təmin etməkdir.
Artıq 15 may tarixindən start verilən layihə cərçivəsində Xəzər rayonu ərazisindəki bəzi uşaq evləri və internat məktəbləri rəhbərlikləri ilə görüşlər keçirilmiş, Buzovnada yerləşən 2 saylı uşaq evi sakinləri üçün təlim təşkil olunmuşdur. Üç ay davam edəcək layihə sonda layihəyə təqdim olunan bütün rəsm nümunələrindən ibarət sərginin keçirilməsi ilə yekunlaşacaq.
Layihə rəhbərinin sözlərinə görə görüşlər və təlimlər davam etdirilir eyni zamanda sərgiyə hazırlıq işləri də yaxın günlərdə başlanacaqdır. Layihə ilə uşaq evləri və internat məktəblərinin sakini olan 100 nəfər iştirakçının yay ayları ərzində asudə vaxtının səmərəli təşkil olunmasının eyni zamanda uşaqların yaratdıqları rəsm nümunələri ilə gələcəyə dair fikirlərinin müsbət yönümdə formalaşmasının təsirinə ümid edən Günel Abdullayeva bildirib ki eyni məqsədli layihələr cəmiyyətdə bir növ sosial öhtəliyə çevrilməli və bacarılan qədər valideyn himayəsindən uzaq olan uşaqların cəmiyyətə uyğunlaşması prosesində fərdi və təşkilatlanma şəklində çalışılmalıdır.
Hər kəsi bu sahədə aktiv olmağa səsləyən layihə rəhbəri bu cür layihələrin KİV`də işıqlandırılmasının xüsusi əhəmiyyətini vurğulayaraq bu yola ideyanın geniş kütləyə çatdırılmasında və bu xarakterli fəaliyyətlərin çoxalmasında KİV`in təsirini müsbət dəyərləndirmişdir.