[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-217.jpg” ]
Zəngilan rayon 4 nömrəli ümumi orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş “Yaradıcı Ol” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin rəhbəri Zülfiyyə Kazımova layihə barəsində iştirakçılara məlumat verərək bildirib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksək olduğunun göstəricisidr. O qeyd edib ki, belə bir mötəbər tədbir zamanı hər bir vətəndaş, xüsusilə də gənclər ictimai davranış qaydalarına əməl etməlidir və həmçinin digərlərindən də belə nümunəvi davranış tələb etməlidir.
Layihənin təlimçisi, Tofiq Əzizov gənclərə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı hazırlıq işləri, bu beynəlxalq tədbirin ev sahibliyinin Azərbaycana verilməsi prosedurundan danışıb: “Avropa ölkələrinin Olimpiya qurumlarının rəhbərləri tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edəndə ev sahibliyinə namizədlərdən biri də Azərbaycan oldu. Avropanın inkişaf etmiş ölkələri ilə yarışan Bakı qalib gəldi və artıq Oyunların başlanmasına çox az vaxt qalıb. Ölkəmizin Avropa Oyunlarına hazırlığı çox sürətlə getdi. Bir sıra idman qurğularında yenilənmə işləri aparıldı, bir neçə böyük idman qurğusu isə yenicə tikilib başa çatıb. Olimpiya Stadionu, Su İdman Növləri Mərkəzi kimi möhtəşəm idman obyektləri tikilib istifadəyə verilib. Bu böyük obyektlər hələ bundna sonra çox sayda idman tədbirlərinə şahidlik edəcəkdir”. Təlimçi iştirakçılara müxtəlif yarışların hansı obyektlərdə keçiriləcəyi barədə də məlumat verib: “Güləş və cüdo idman növləri üzrə yarışlar 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində, həndbol və voleybol idman növləri üzrə yarışlar “Baku Crystal Hall”da, Reqbi-7 idman növü üzrə yarışlar 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda, stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışlar Bakı Ekspo Mərkəzində, boks üzrə yarışlar 3 min 250 yerlik “Sərhədçi” İdman Kompleksində, badminton üzrə yarışlar 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışlar 7 min yerlik “Şəfa” stadionunda, bədii gimnastika üzrə yarışlar Gimnastika Kompleksində, Üzgüçülük və suyatullanma üzrə yarışlar Su İdman Növləri Mərkəzində, su polosu üzrə yarışlar Su İdman Növləri Mərkəzində yanında müvəqqəti arenada keçiriləcəkdir. Oyunlarda iştirak edəcək idmançılar Atletlər Kəndində, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər”.
Daha sonra layihənin təlimçisi beynəlxalq idman tədbirləri zamanı ev sahibi ölkənin və vətəndaşlarının üzərinə düşən məsuliyyətdən danışıb. Oyunlarla bağlı iştirakçıların sualları cavablandırılıb. Gənclərə layihə çərçivəsində çap edilmiş və üzərində Avropa Oyunları ilə bağlı müxtəlif məlumatların əks olunduğu bukletlər paylanıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22527″ id=”22527″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]