[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-317.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gərayev Nurlan Mübariz oğlunun C kateqoriyası üzrə icra etdiy “Bayraq öz yurduma öz hakimliyim!” layihəsi çərçivəsində Ucar rayonu Bərgüşad kənd 1 saylı orta məktəbində növbəti tədbiri keçirilmişdir.
Layihənin məqsədi dövlətçilik tariximizi, bu tarixi özündə yaşadan Müasir Azərbaycan dövlətçiliyini, onun rəmzlərini gənclərimizə daha dərindən öyrətmək və dövlətçiliyimizi qorumağın vacibliyini əsaslandırmaqdan ibarətdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə istiqamətlənən layihə orta məktəblərin 9-11-ci sinif şagirdlərinə Azərbaycanın dövlətçilik və qəhrəmanlıq tarixi ilə bağlı bilgilər verməyi qarşısına məqsəd qoyub.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Gənclərinin II Forumundakı nitqində demişdir: “Azərbaycanın suverenliyi, bütövlüyi və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycancılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlərin sintezi, respublikamızın ilk demokratik konistitusiyası, bu konistitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni, bütün bunlar, mənim fikirimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir.” Bu proqram xarakterli çıxış hər bir azərbaycanlının qarşısında vəzifələr qoyur. Doğrudur milli ideologiyamızın əsasını təşkil edən pirinsiplərin təbliği istiqamətində dövlət qurumları və digər dövlət təşkilatları fəaliyyət göstərirlər. Lakin eyni zamanda qloballaşma və Avropaya inteqrasiya prosesi zamanında müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən pirinsiplərin gənclər arasında təbliği və aşılanması cox vacib və cox aktualdır. Bu istiqamətdə dövlət qurumları , təşkilatları, gənclər təşkilatları, eləcədə sadə vətəndaşlar, vətənini sevən hər bir kəs daim iş aparmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, vətənini dərindən sevməsi olduqca vacib prioritetlərdəndir. . Ərazilərimizin 20 faizindən çoxunun işğal altında olması yeni inkişaf etməkdə olan gənc nəslin milli tarix və mədəniyyətimizə dərindən yiyələnməsini, vətənpərvər olmasını, milli adət və ənənələr, mənəvi dəyərlər ruhunda tərbiyə olunmasını zəruri edir. Bu baxımdan gənclərdə vətənpərvərlik ruhunun təşviqi, dövlət atributlarına, rəmzlərinə diqqət olduqca vacibdir.
Hər bir ölkənin simasını, tarixi, ideoloji əsaslarını, milli məfkurəsini, inkişaf kursunu ifadə edən dövlət rəmzləri var. Bu rəmzlər dövləti, xalqı xarakterizə edir, onu fərqləndirir. Dövlət rəmzləri toxunulmaz, hamı üçün əziz, milli qürur mənbəyidir, ona diqqət və ehtiram bu ölkədə yaşayan hər bir insanın borcudur. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Bayraq Meydanında 9 noyabr Bayraq günü münasibəti ilə çıxışında dediyi kimi, Bayraq bizim canımızdır, qanımızdır.
Ucar rayon məktəbliləri layihə çərçivəsində keçirilən təlim və inşa müsabiqəsində başımız üzərində dalğalanan Ay-Ulduzlu, Üçrəngli Bayrağımızın şanlı tarixindən, dövlət rəmzlərimizdən bilgilər əldə etdilər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22514″ id=”22514″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]