[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed16.jpg” ]
“Azərbaycan” İntellektual Oyunlar Klubu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual çempionat layihəsinin final oyunu keçirilib. AzGF-un 6-ci qrant müsabiqəsinin qalibi olan layihə ümumilikdə Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi, Xətai və Pirallahı rayon məktəbləri arasında keçirilib.
Finala vəsiqə qazanan Xətai rayonunu təmsil edən “Zəkalar” liseyi, Binəqədi rayonundan 299 saylı, Yasamal rayonundan 53 saylı məktəb, Nəsimi rayonundan 16 saylı məktəb, Pirallahı rayonundan 168 saylı məktəblər arasında gərgin mübarizə nəticəsində qaliblər müəyyən olunub. Belə ki, Nəsimi rayonu üzrə 16 saylı orta məktəb 15 xalla üçüncü yer, Pirallahı rayonu 168 saylı orta məktəb 16 xalla ikinci yerin sahibi olub. “Parlaq Zəka” Birinci İntellektual Çempionatın qalibi isə 24 xalla Xətai rayonunu təmsil edən “Zəkalar” liseyi olub.
“Parlaq Zəka” layihəsinin rəhbəri və aparıcısAydın Piriyev layihə barədə fikirlərini bölüşüb: “Bu çempionatla intellektual oyunların tarixində ilk dəfə olaraq “Parlaq Zəka” oyununun idman versiyasının əsasını qoyduq. Və məhz məktəblilərin iştirak etməsini istədik. Nəticədə məktəblilərin hazırlıq səviyyəsi, oyuna olan maraqları bizi doğrudan da təəccübləndirdi. Hətta demək olar ki, “Parlaq Zəka”nın televiziya versiyasında növbəti illərdə oynamaq üçün yeni oyunçu nəsli formalaşır. Növbəti çempionatlarda Bakının digər və hətta respublikanın rayonlarının iştirak etməsinə çalışacağıq.”
Qeyd edək ki, layihə ümumilikdə Bakının 5 rayonunu əhatə edən məktəblər arasında keçirilib. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22494″ id=”22494″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]