[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-114.jpg” ]
İyun ayının 8-də Bakıda “Mədəni dialoq:etnik ənənlər və müasirlik” layihəsi çərçivəsində növbəti seminar keçirildi. Seminarda müxtəlif rayonları və təhsil ocaqlarını təmsil edən tələbə və gənclər iştirak edirdilər. Onların bir qismi Bakı-2015 ilk Avropa Oyunlarının könüllüləri idi. Müzakirələr zamanı gənclər, mənsub olduqları bölgələrin adət-ənənələri, mədəni həyatı və müasir dövrdəki vəziyyəti haqqında məlumat verərək bildirdilər ki, hal-hazırda təhsil aldıqları universitetlərdə də öz bölgələrini uğurla təmsil edirlər. Seminarın işıqlandırılmasında KİV də yaxından iştirak edirdi, xüsusən, AzTV-nin “Tələbə dünyası” verilişi tədbirin geniş ictimaiyyətə çatdırılması üçün reportaj hazırlayırdı.. Seminarın 2-ci hissəsi Sahil bağında gənclərin sərbəst formada yekun fikirləri dinlənilməklə sona çatdı.
Layihə rəhbəri Nərgiz Məmmədzadənin sözlərinə görə, bir sıra aspektləri əhatə edən və ümumilikdə 72 nəfər gəncin iştirakı ilə konfrans və seminar formatlı bu layihədə Balakən, Qəbələ, İsmayıllı, Qax, Lənkəran rayonlarını təmsil edən gənclər multikulturalizm, tolerantlıq, ölkə ərazisində yaşayan etnik xalqlar və mədəniyyətlərarası dialoq haqqında müzakirələrdə fəal iştirak ediblər. Layihədə əsas məqsəd dünya çapında birgə yaşayış modeli təbliğinin gücləndirilməsi, mədəniyyətlərarası dialoqun əsas məkanı kimi ölkəmizin təqdimatı, bu formatın optimallığının və mümkünlüyünün Azərbaycan timsalında bir daha sübut edilməsi, həmçinin, ölkəmizdə radikalizm, separatizm və qeyri-ənənəvi təzahürlərə qarşı mübarizəyə müxtəlif etnik qrupları təmsil edən gəncləri birləşdirməklə, onların multikulturalizm həmrəyliyinə nail olmaqdan ibarətdir. Nərgiz Məmmədzadə layihənin icrasında yaxından iştirakına görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz müsəlmanları İdarəsinin əməkdaşlarına və digər ekspertlərə minnətdarlığını bildirdi. Sözügedən layihədə paralel olaraq I Avropa oyunlarının ölkəmiz üçün əhəmiyyəti və gənclərin bu çoxmədəniyyətlilik nümunəsinə münasibəti haqqında müzakirələr də aparıldı.
Qeyd edək ki, “Mədəni dialoq:etnik ənənlər və müasirlik” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı Qrant müsabiqəsinin qalibidir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22483″ id=”22483″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]