[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-210.jpg” ]
“Vətən borclu deyil, biz borcluyuq vətənə!” layihəsi çərçivəsində Mingəçevir şəhərində Gənclər və İdman İdarəsində gənclər arasında təlim təşkil olunub.
Əsas məqsəd gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır. Mövzu ilə bağlı gənclərə maarifləndirici buklet paylanıb.
Təlim zamanı gənclərə xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi, vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli Qəhrəmanlar və Şəhidlər haqqında məlumatlar verilib, Bakı şəhərində təşkil olunan “Qarabağ uğrunda” devizi altında hərbi-idman oyunları – futbol yarışlarından danışılıb. Bu oyunların Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının astanasında keçirilməsinin məqsədi izah olunub və “Bakı 2015”ə gəncləri ruhlandırmaq bu oyunlara dəstək olmağa çağırış edilib. Gənclərə Avropa Oyunları ilk dəfə keçirildiyinə və Azərbaycan bu Oyunlara ev sahibliyi etdiyinə görə ölkəmizin tarixə imza atacağı bildirilib.
Təlimdə layihə eksperti və Mingəçevir şəhər Gənclər və İdman idarəsinin nümayəndəsi iştirak ediblər.
Qeyd edək ki, layihə Namiq Heydərov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22456″ id=”22456″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]