[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-29.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühitin mühafizəsi foto materiallarda” adlı layihə çərçivəsində sonuncu tədbir olan “Eko-Foto” sərgini Şəki Dövlət Rəsm Qalereyasında təşkil etmişdir.
Sərginin məqsədi gənclərin ətraf mühiti özündə əks etdirən fotolarını ictimaiyyətin diqqətinə çatdırmaq və mövcud problemləri ictimailəşdirmək idi. Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Gənclər təşkilatlarının nümayəndələri, gənc həvəskar fotoqraflar və fəal gənclər iştirak edirdi.
Şəki – Zaqatala regionundan olan 12 nəfər gənc fotoqrafın əl işlərinin sərgiləndiyi tədbiri çıxış sözü ilə açan təşkilatın rəhbəri İlqar İlyaslı vurğuladı ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşir və yekunlaşmaq üzrədir. Bu layihəyə cəlb olunan gənclər ətraf mühitə münasibəti öz foto yaradıcılığında əks etdirməyi öyrənmişlər. Bu fotolar vasitəsilə gənclər yaşadıqları icmalardakı ekoloji duruma dair mesaj verir və bizləri ətraf mühitə qarşı daha diqqətli olmağa səsləyirlər. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov gənclərin belə layihələrə cəlb olunmasının müsbət nəticələr verdiyini bildirdi. Tədbirdə çıxış edən digər natiqlər də tədbirin əhəmiyyəti və gənclərə töhfəsindən danışdı. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldu və fotolar ətrafında müzakirələr aparıldı.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22449″ id=”22449″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]