[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-38.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Sabahın Əsgəri” layhəsi çərçivəsində Zəngilan rayon 4 nömrəli ümumi orta məktəbin şagirdləri ilə görüş keçirilib. Layihə rəhbəri Orxna Əliyev həyata keçirilən işlərdən danışıb. O qeyd edib ki, layihənin məqsədi gənclərin hərbi təhsilə yönləndirilməsidir və bununla bağlı olaraq orta məktəblərdə təbliğat xarakterli görüşlər keçirilir. Layihə rəhbəri Azərbaycanın ərazilərinin bir hissəsi işğal olunmuş dövlət kimi hərbi sahəyə böyük diqqət ayırdığını bildirib: “Baxmayaraq ki, Azərbaycan gənc ölkədir. Müasir iqtisadiyyat yeni formalaşdırılır, ancaq dövlət səviyyəsində hərbi sahəyə hərtərəfli dəstək verilir. Azərbaycanın hərbi büdcəsi getdikcə artırılır və hazırda bu sahədə regionda ölkəmiz liderdir. Ölkəmizdə hərbi təhsil prioritet istiqamətlərdəndir. Hazırda Bakı və Naxçıvanda hərbi lisey, həmçinin Heydər Əliyev adına Ali Hərbi Məktəb fəaliyyət göstərir”. Görüşdə iştirak edən “Dialoq Gənclərin Diskussiya Klubu” İctimai Birliyinin sədr müavini Asim Kazımlı Ali Hərbi Məktəbin fəaliyyəti və burda tədris prosesi barədə gənclərə məlumat verib: “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə 10 hərbi ixtisasın əsasını təşkil edən elektronika, mexanika, inşaat və avtomatlaşdırılmış idarəetmə sistemləri elmi sahələri üzrə bakalavr dərəcəsi olan mütəxəssislər hazırlanır. Hərbi ixtisaslar bunlardır:
1. Motoatıcı Tağım Komandiri
2. Tank Tağımı Komandiri
3. Yerüstü Artilleriya Tağımı Komandiri
4. Qoşun Kəşfiyyatı Tağımı Komandiri
5. Radioelektorn Kəşfiyyat və Radioelektron Mübarizə Tağımı Komandiri
6. Radiorabitə Tağımı Komandiri
7. Çoxkanallı Rabitə Tağımı Komandiri
8. Mühəndis-İstehkam Tağımı Komandiri
9. Raket və Artilleriya Mühəndisi
10. Proqramçı (quru qoşunların idarə edilməsinin avtomatlaşdırılmasının təşkili).
Azərbaycan Ali Hərbi Məktəbində fəaliyyət göstərən kafedralar isə aşağıdakılardır:
1. Taktika Kafedrası
2. Humanitar və Sosial Fənlər Kafedrası
3. Silah və Atış Kafedrası
4. Riyaziyyat Kafedrası
5. Elektronika Kafedrası
6. Hərbi Mühəndis Kafedrası
7. Xarici Dillər Kafedrası
8. NATO SNT Kafedrası
9. İdarəetmə Kafedrası
10. İdman və Fiziki Hazırlıq Kafedrası
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olmaq şərəfdir. Hazırda Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur. Silahlı Qüvvələrin şəxsi heyəti işğal altında olan torpaqların azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir. Orta məktəbin yuxarı siniflərində təhsil alan gənclərin hərbi peşəni seçməsi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin naliyyətlərindəndir”. Görüş zamanı iştirakçılara layihə çərçivəsində çap edilmiş kitab və bukletlər paylanıb. Gənclərin hərbi təhsil, ordu ilə bağlı müxtəlif sualları cavablandırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22431″ id=”22431″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]