[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed4.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Kəndlərdə Yaşıl Turizmin inkişafına dəstək” adlı layihənin icrasına başlanmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Haşımova Gülnar Araz qızı tərəfindən icra olunur, 05.05.2015-ci il tarixdən etibarən həyata keçirilir və 3 ay müddətində davam edəcəkdir.
Lаyihənin məqsədi – Oğuz rayonunun Xaçmaz, Baş Daşağıl və Xal-xal kəndlərində aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına, kənddə infrastrukturun yaradılmasına dəstək vermək, kəndliləri yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların özünü və öz imkanlarını reallaşdırmaq bacarıqlarının formalaşdırılmasıdır. Layihənin icrası zamanı gözlənilən nəticələr əsasən aşağıdakılardır:
– Aztəminatlı gənc kənd sakinləri kənd yaşıl turizmi ilə bağlı yeni informasiya və biliklər əldə edəcək;
– Nəzərdə tutulmuş bölgədə kənd yaşıl turizmi vasitəsilə kənd sakinlərinin maliyyə sosial-iqtisadi inkişafına nail olunacaq;
– Kənddə mövcud mənzil ehtiyatlarından istifadə olunması, yerli xidmətlərin təşkili kənd sakinləri arasında gələcəkdə işsizliyin azaldılmasına, məşğulluq probleminin qısmən də olsa aradan qaldırılmasına xidmət göstərəcək;
– Kənd sakinləri gələcəkdə kənd yaşıl turizmi vasitəsilə əlavə gəlirlər əldə edəcək, şəhərədən kəndə axın sürətlənəcək;
– Nəzərdə tutulmuş bölgənin PR işinin təşkil olunması nəticəsində ictimai məlumatlılıq səviyyəsi artacaq.