[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-43.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir Sumqayıt şəhərinin 4 №li tam orta məktəbin 10-cu sinfində keçirilib.
Tədbirdə layihə rəhbəri Rauf Fərzəliyev, ekspert Anar Həsənli, məktəbin hərbi hazırlıq müəllimi, mayor Firudin Nəsirov və tarix müəlliməsi Jalə Hidayətova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Rauf Fərzəliyev layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
R.Fərzəliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycanın məsuliyyətini uzun illər öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Daha sonra söz məktəbin hərbi hazırlıq müəllimi, mayor Firudin Nəsirova verilib. Firudin Nəsirov şagirdlərə Vətənə sevgidən, Vətən yolunda mübarizədən danışıb. Azərbaycan ordusunun bu günkü qüdrətindən danışan mayor F. Nəsirov gələcəyin əsgərləri olan oğlanlara müraciət edərək tövsiyələrini verib. F. Nəsirov şagirdlərə dərslərində müvəffəqiyyətlər qazanmağın bu gün onların öhdəsinə düşən əsas vəzifə olduğunu bildirərək onlara uğurlar arzulayıb.
Məktəbin tarix müəlliməsi Jalə Hidayətova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. J. Hidayətova yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. Şagirdləri bu mövzulara qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Dövlətimizin siyasi və iqtisadi uğurlarından danışan J. Hidayətova bu gün kiçik dövlət olan Azərbaycanın əldə etdiyi böyük uğurların altında cənab prezident İlham Əliyevin imzası olduğunu deyib.
Sonra çıxış üçün söz ekspert Anar Həsənliyə verilib. A. Həsənli Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22370″ id=”22370″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]