[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/06/unnamed-4.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş “Sabahın Əsgəri” layihəsi çərçivəsində may ayının 23-də Səbail rayonunda yerləşən Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində gənclərlə görüş keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Orxan Əliyev layihənin məqsədlərindən danışıb. O bildirib ki, ərazilərinin 20%-i işğal altında olan, mürəkkəb geostrateji bölgədə yerləşən Azərbaycan öz suverenliyini qorumaq üçün daim güclü orduya malik olmalıdır. O qeyd edib ki, artıq Azərbaycanda hərbi sahəyə xüsusi diqqət ayrılır və hərbçilərin müxtəlif sosial problemləri demək olar ki həll edilib. Layihə rəhbəri bildirib ki, savadlı zabit kadrların yetişdirilməsi üçün yaxşı qiymətlərlə təhsil alan gənclərin gələcək karyera kimi hərbi təhsil müəssisələrini seçmələri vacibdir. Çünki güclü orduya sahib olmaq üçün ilk növbədə vətənpərvər, savadlı gənclərin hərbi təhsilə cəlb edilməsi zəruridir. Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Qalib Paşayev Silahlı Qüvvələrdə keçirilən islahatlar və ordumuzun formalaşması prosesi barədə iştirakçılara informasiya verib. Q.Paşayev bildirib ki, dövlətin orduya diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur, O bildirib ki, ölkə rəhbərliyi hərbi sahəni daim diqqətində saxlayır və dövlətin maliyyə resurslarının imkan verdiyi qədər ordunun silah-sursat, hərbi texnika təchizatının müasir standartlara uyğun olaraq yenilənməsini təmin edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan müasir silah sistemləri, hərbi texnika alınmasına ən çox maliyyə vəsaiti ayıran ölkələrdəndir. Ehtiyatda olan zabit Vasif Quliyev çıxışında müasir dövrdə regionun hərbi-siyasi durumu barədə iştirakçılara məlumat verib. V.Quliyev qeyd edib ki, cəmiyyətimizin qarşısında duran əsas məsələlərdən biri də orta məktəblərdə əla qiymətlərlə oxuyan vətənpərvər gənclərin hərbi təhsilə cəlb edilməsidir. O vurğulayıb ki, ordunun ən çox savadlı, milli düşüncəli gənclərə ehtiyacı vardır: “Çünki müasir dövrdə hərb sahəsinin inkişaf tempi o qədər sürətlə gedir ki, yalnız yüksək səviyyədə təhsil almış, dünyagörüşü geniş olan, daim öz üzərindən işləyən zabitlərdən formalaşan ordu döyüş qüdrətini yüksəltməyə və qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilər. Müasir dövrdə hərb sahəsində texnoloji yeniliklərin getdikcə daha çox tətbiq olunması “ağıllı silah sistemləri”nin istifadəyə verilməsi, hərbi əməliyyatların hətta komputerlə idarə olunması kimi dəyişikliklər tələb edir ki, hərbçilər də daha savadlı gənclərdən seçilsin”. Daha sonra layihə rəhbəri ölkəmizdə fəaliyyət göstərən hərbi təhsil müəssisələri, onlara qəbul qaydaları və Ali Hərbi Məktəblərdəki ixtisaslar barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə gənclərə layihə çərçivəsində çap edimiş kitab və buketlər paylanılıb. Görüş zamanı hərbi təhsilə maraq göstərən gənclərin sualları cavablandırılıb və onlar hərbi məktəblərdə təhsil almaq üçün qoyulan tələblərlə tanış edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22334″ id=”22334″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]