[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed59.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Cavadova Əfsanə Gündüz qızı Fondun dəstəyi ilə “Idman saglamlıqdır” – gənclik festivalı! layihəsinə başlamışdır.
Layihənin keçirilməsində əsas məqsəd Şabran rayonunda yaşayan gənclər arasında sağlam həyat tərzini təbliğ etməklə region gənclərinin idman və kütləvi bədən tərbiyəsi vasitəsilə zərərli vərdişlər barədə maarifləndirilməsidir.
Layihə rəhbəri Əfsanə Cavadovanın layihə haqqında fikirləri: “Layihənin məqsədinə çatmaq üçün aşağıdakı vəzifələr həyata keçiriləcəkdir:
– Zərərli vərdişlərə qarşı mübarizə aparmaq və sağlam həyat tərzini təbliğ etmək üçün təlimlərin keçirilməsi.
– Posterlərin və bukletlərin hazırlanması və Şabran rayonunda yaşayan gənclər arasında paylanılması.
– Şabran rayonunda riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə və zərərli vərdişlərə qarşı mübarizədə onları idmana cəlb etmək, kənd icmalarında gənclərin idmanda iştirakını artırmaqla, onların fiziki və əqli inkişaflarına töhfə vermək üçün mübarizədə “İdman sağlamlıqdır” devizi altında Gənclik Festivalını keçirmək.
– Festivalın mümkün qədər daha çox gənci əhatə etməsidir.
Layihə may-iyul aylarında, 3 ay müddətində Şabran rayonunda keçiriləcəkdir. Layihənin həyata keçirilməsi zamanı gənclərin maarifləndirilməsi və həvəsləndirilməsi üçün əsasən təlimlərdən istifadə olunacaqdır. Layihə iştirakçılarının sayı 30 nəfərdir. Onu da qeyd edim ki, layihə çərçivəsində layihəyə cəlb olunanlar zərərli vərdişlər, narkomaniya bəlasının acı nəticələri haqqında məlumat alacaqlar. Müasir tibb nailiyyətləri ilə yanaşı milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin yaxşı cəhətlərindən bəhrələnərək idmanla sağlam qalma və daha yaxşı həyat üçün mübarizə aparmağı öyrənəcəklər.