[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-433.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi davam edir.
Növbəti tədbir 3 №li Sumqayıt Peşə liseyində keçirilib.
Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova, tarix müəllimi Akif Kazımov, liseyin çağırışa qədərki hərbi hazırlıq rəhbəri Səid Abduləliyev, İstehsalat təlimi ustası Lalə Kamilova, liseyin psixoloqu Rəna Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Xədicə Rzayeva, ekspert Anar Həsənli və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Rauf Fərzəliyev açıb. R. Fərzəliyev ilk olaraq Bakı şəhərinin Binəqədi qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğında həlak olan insanların ruhunun 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Layihə rəhbəri layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və gənclər strategiyasından, həyata keçirilən layihənin məqsədindən danışıb. Sonra liseyin hərbi hazırlıq rəhbəri Səid Abduləliyev çıxış edərək bu mövzuda layihənin hərbi rəhbəri olduğu liseydə həyata keçirildiyi üçün təşəkkür edib.
S.Abduləliyev gənclərə vətənpərvərlikdən, Azərbaycanın hərbi siyasətindən və bu gün Azərbaycan ordusunun inkişafından bəhs edib. Bu gün torpaqlarımızın 20%-nin işğal altında olduğunu və torpaqlarımızın geri qaytarılması istiqamətində görülən işlərdən, güclənən ordumuzdan danışan hərbi rəhbər gələcəkdə hərbi xidmətə gedəcək gənclərə öz tövsiyələrini və məsləhətlərini verib, onlara Vətənə olan borclarını layiqincə yerinə yetirməkdə uğurlar diləyib. Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xuraman Zeynalova çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətindən və vacibliyindən danışıb. X. Zeynalova təhsil müəssisələrində bu mövzulara qarşı çox diqqətlə yanaşıldığını xüsusi olaraq qeyd edib və gənclərimizi də bu mövzuda məsuliyyətli olmağa çağırıb.
Daha sonra söz ekspert Anar Həsənliyə verilib. A. Həsənli layihə çərçivəsində növbəti görüşün 3 №li Peşə liseyinin hərbi kabinetində keçirilməsinin mövzu ilə tam uyğun.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22283″ id=”22283″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]