[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/avropa_oyunlari_teqdimat_4.jpg ” ]
22 may 2015-ci il saat 11:00-da Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Bakı 2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı qeyd etdi ki, ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmiş, idmançılarımızın uğuru ölkəmizi dünyada tanıtmışdır. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev idmanın inkişafını hər bir xalqın ali məqsədlərinin təcəssümü, həm də dövlətin beynəlxalq nüfuzunun yaxşılaşdırılması meyarı kimi qiymətləndirirdi. Ölkəmizin idman sahəsində beynəlxalq nüfuzu 2015-ci ildə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsinə səbəb olmuşdur.
M.Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər və layihənin mahiyyəti ilə bağlı geniş məlumat verərək qeyd etdi ki, Azərbaycan maddi-mədəni irsinin yerli və beynəlxalq idman ictimaiyyətinə tanıdılması, Dağlıq Qarabağ həqiqətlərinin idman ictimaiyyətinə çatdırılması, iştirakçı ölkələrlə Azərbaycan arasındakı siyasi-iqtisadi, sosial-mədəni və strateji münasibətlərin təbliğ edilməsi, beynəlxalq idman tədbiri münasibəti ilə ölkəyə gələn qonaqların Azərbaycanla bağlı məlumatlandırılması bu gün təqdim olunan layihənin əsas məqsədini təşkil edir.
Daha sonra, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Babək Məmmədzadə GEAD İctimai Birliyinin icra etdiyi “Bakı 2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” layihəsinin əhəmiyyətindən danışdı. O, nəşr olunan kitabın ölkəmizlə bağlı ətraflı məlumatları əks etdirdiyini qeyd etdi. Çıxışının sonunda GEAD İctimai Birliyinə layihəni uğurla icra etdiklərinə üçün təşəkkür etdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Ramil Məmmədov, nüfuzlu idman tədbiri olan Bakı 2015 Avropa oyunları ərəfəsində GEAD İB-nin içra etdiyi bu layihəni yüksək qiymətləndirdi.
Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M.Babaşlı “Bakı 2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” adlı kitabın təqdimatı üçün gələn qonaqlara təşəkkürünü bildirərək, nəşr olunan kitabı tədbir iştirakçılarına təqdim etdi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22276″ id=”22276″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]