[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-717.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ”Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən ”Evim iş yerim” adlı layihə həyata keçirilib. Layihənin məqsədi fiziki məhdudiyyəti olan gəncləri peşə təlimlərinə cəlb edərək onların ictimai-sosial aktivliyini artıraraq uzun müddətli əmək fəaliyyəti ilə məşğul olmasına kömək etməkdir.
Peşə təlimləri müddətində gənclərə hər biri 16 nəfər olmaqla 2 qrupa təlimlər keçirilmişdir.Təlimlərin mövzuları ev şəraitində necə işləmək olar? istiqamətində olmuşdur. Beləki gənclərə Vergi və DSMF hesabatlarının göndərilməsi, Fiziki və hüquqi şəxslərin qeydiyyatı, Gənclər Fonduna müraciət qaydaları və digər mövzuları əhatə edən təlimlər keçirilmişdir. Təlimlərin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunmuşdur.
Mükafatlandırma mərasimdə çıxış edən İB-nin sədri Cavid Əliyev deyib ki, statistikaya əsasən ölkəmizdə 530 min əlil var, onların 62 minini gənclər təşkil edir. Qeyd olunub ki, əlil gənclərin cəmiyyətə inteqrasiya məqsədilə reallaşan layihə çərçivəsində onlara mühasibatlıq üzrə təlimlər keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22263″ id=”22263″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]