[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/DSCN5158.jpg” ]
26 may 2015 –ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsində Gənclər Təşkilatının sədr müavini Leyla Əliyevanın qalib gəldiyi “Düşmənin azğınlığına susmaram, Vətən!” adlı layihənin bağlanış mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Fərmanova Səbinə layihənin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan bəhs etmişdir. Daha sonra sözü layihənin rəhbəri Leyla Əliyevaya vermişdir. Əliyeva Leyla iştirakçıları və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun əməkdaşı Ayşə Məhərrəmovanı salamlayaraq layihə boyunca görülən işlər barəsində qısa məlumat verdikdən sonra layihədə yaxından iştirak etmiş Ömərova Sevdaya söz vermişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ayşə Məhərrəmovaya söz verilmişdir. O, Gənclər Fondunun hər il keçirdiyi Qrantlar barədə geniş məlumat vermiş, gəncləri daim belə müsabiqələrə qoşulmağa, sosial həyatda daha da aktiv olmağa dəvət etmiş, həmçinin o, tələbələrlə belə tədbirlərdə mütəmadi olaraq iştirak etməkdən məmnunluğunu bildirmişdir. Tədbirdə layihə çərçivəsində fəal olan tələbə gənclər Sertifikat və Diplomlarla mükafatlandırılmışdır.
Sonda layihə rəhbəri Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, belə layihələr mütəmadi olaraq həyata keçiriləcəkdir və o, gəncləri Vətəni daha da sevməyə, torpağın hər qarışı uğrunda mübarizə aparmağa və lazım gəlsə canlarından belə keçməyə hazır olmağa səsləmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22230″ id=”22230″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]