[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-87.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Qəbələ rayon Mədəniyyət Mərkəzində “Mədəni dialoq: etnik ənənələr və müasirlik” adlı layihə çərçivəsində konfrans keçirilib. Tədbirdə Qəbələ, Qax, Balakən, Quba və İsmayıllı rayonlarında yaşayan etnik qrupların təmsilçiləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransda layihə rəhbəri olaraq, mən-Nərgiz Məmmədzadə ilə yanaşı, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə çıxış edərək bildirdilər ki, konfransın keçirilməsində məqsəd dünyada birgə yaşayış modeli təbliğinin gücləndirilməsi, mədəniyyətlərarası dialoqun əsas məkanı kimi ölkəmizin təqdimatı, bu formatın optimallığının və mümkünlüyünün Azərbaycan timsalında bir daha sübut edilməsi, həmçinin ölkəmizdə radikalizm, separatizm və qeyri-ənənəvi təzahürlərə qarşı mübarizəyə müxtəlif etnik qrupları təmsil edən gəncləri birləşdirməklə, onların multikulturalizm həmrəyliyinə nail olmaqdan ibarətdir. Konfransda iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz Paşayev və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ceyhun Rüstəmov dini dözümlülük, tolerantlıq, multikulturalizm sahəsində Azərbaycanda görülən işlərdən danışıb və belə tədbirlərin keçirilməsinin bu sahədə gənc nəslin maarifləndirilməsində müstəsna əhəmiyyəti olduğunu bildiriblər. Qax rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aygül Əşrəfli Qaxda yaradılmış tolerantlıq mühiti haqqında məlumat verdi. Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sərxan Hacıyev regionlarda turizmin sürətli inkişafından, bunun sözügedən zonada tolerantlıq və multikulturalizmin formalaşması üçün yaratdığı geniş imkanlardan söz açdı. Tədbir diskussiya formatında davam etdirildi, maraqlı təkliflər və fikirlər əsasında konfransın qətnaməsi qəbul edildi. Sonda gəncləri maraqlandıran suallara ətraflı cavab verildi. Konfransın işıqlandırılması işində yerli mətbuat orqanları, eləcə də Azərtac-ın əməkdaşları yaxından iştirak edirdilər. Həftə ərzində həmçinin, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, Qəbələ rayonununda çap olunan “Qəbələ” qəzetində, Qəbələ rayon İcra Hakimiyyətinin rəsmi saytında geniş məlumat yerləşdirilib. Bundan əlavə “Təhsil işçisi” qəzetində də layihə barədə ətraflı məlumat veriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22130″ id=”22130″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]