[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-153.jpg” ]
19 may 2015 –ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI Qrant müsabiqəsində Tələbə Elmi Cəmiyyətinin sədri Günay İmanovanın qalib gəldiyi “Parlaq gənclik üçün əl – ələ!” adlı layihənin açılışı keçirilmiş və ilk təlim baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Günay İmanova bildirmişdir ki, bu layihə respublikamızda uğurla həyata keçirilən “Gənclər siyasəti ”nin bir hissəsi olmaqla, gənclərin sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir edəcək, onların intellektual inkişafına və müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrinə dəstək olacaqdır. Daha sonra təlimçi Namiq Əlizadə seminarda gənclərin ixtisas seçimi, iş bazarı, məqsədyönlü karyera, onun qurulması istiqamətləri, işdə özünə güvən haqda ətraflı məlumat vermiş və gənclərin də iştirakı ilə maraqlı diskussiya baş tutmuşdur. “Hər bir gənc/ yeniyetmə – böyüyün təsir obyekti deyil, müştərək fəaliyyətin, əməkdaşlığın və birgə yaradıcılığın bərabər hüquqlu subyektidir” – fikri müzakirə edilmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22119″ id=”22119″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]