[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-95.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş VI qrant müsabiqəsində ” Qarabağı necə tanıyıram?”adlı layihə 13 May 2015-ci il tarixində Füzuli rayonunda Horadiz şəhər 2saylı orta məktəbdə növbəti təlimin həyata kecirdi və yekun olaraq 14 may 2015-ci il tarixində isə Beyləqan rayon Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbində yekunlaşdırılıb.
Layihə rəhbəri Ülviyyə Yaqubova çıxış edərk qeyd edib ki, layihənin keçrilməsində məqsəd Azərbaycan həqiqətlərini öyrənmək və təbliğ etmək, ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağımızı unutmamaq, indiki və gələcək nəsillərimizə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş milli qəhrəmanlarımızı tanıtmaqdır.Füzuli rayonundakı təlimdə Füzuli rayon Təhsil Şöbəsinin müavini Rafiq Səmədov, məktəbin drektoru Ləman Əliyeva və müəllim kolektivi iştirak etmişlər.Beyləqan rayonunda isə Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbinin drektoru Vidadi Məmmədov və məktəbin müəllim kolektivi iştirak etdilər. Sonda layihə rəhbəri təlimdə iştirak etmiş iştirakçılara sertifikatlar təqdim edib. Layihə çərçivəsində Bakı şəhəri, Beyləqan və Füzuli rayonlarında gənclər arasında vətənpərvərliyin təbliği mövzusunda təlimlər həyata keçirildi.
Bununlada “Qarabağı necə tanıyıram?” lahiyəsi yekunlaşdı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22037″ id=”22037″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]