[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed37.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib gələn layihələrdən biri olan “Yaradıcı Ol” layihəsi çərçivəsində Suraxanı rayon Gənclər Evində gənclərlə görüş keçirilmişdir. Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnarə Məmmədova tədbiri açaraq layihə barəsində iştirakçılara məlumat vermişdir. Gənclər qarşısında çıxış edən “Yaradıcı Ol” layihəsinin rəhbəri Zülfiyyə Kazımova layihənin məqsədləri haqqında gənclərə informasiya verərək bildirmişdir ki, layihənin əsas məqsədi İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı olaraq gənclərə ictimai davranış qaydalarını öyrətmək, bildikləri qaydaları qorumağa həvəsləndirmək eləcədə gənclərin ölkəmizin Avropaya inteqrasiyasi və müasir şəhər ənənələrinin oturuşmasına töhfə verə bilmələri üçün onları təlimatlandırmaq və bu sahədə mövcud olan problemləri üzə çıxarmaq, onların həll edilməsi yolunda qətiyyətlə çalışmaqdır. Layihə rəhbəri qeyd etmişdir ki, Birinci Avropa Oyunları zamanı gənclərin qarşısında duran əsas məsələlərdən biri də nümunəvi ictimai davranış qaydaları sərgiləməkdir. Təlimdə iştirak edən qonaqlardan “Mübariz Gənclər” İctimai Birliyinin sədri Bəhlul İsmayıl çıxışında I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini əhəmiyyətidən, Azərbaycanın iqtisadi-siyasi cəhətdən sabit ölkə olmasından və ölkəmizin beynəlxalq nüfuzunun daim artmaqda olmasından danışıb. Təşkilat sədri Avropa Oyunları ilə bağlı yazdığı şeri iştirakçılar üçün səsləndirib. Layihənin təlimçisi Tofiq Əzizov iştirakçılara beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi gənclərə böyük tədbirlər zamanı hər bir vətəndaş kimi gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Təlim çərçivəsində gənclərə irqi, dini dözümlülük, ictimai davranış qaydalarına əməl olunması və ictimai yerlərdə başqalarından da bunun tələb etməyin üsulları, turistlərlə, eləcə də idmançılarla davranış qaydaları öyrədilib. Təlim zamanı gənclərin çoxsaylı sualları cavablandırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22021″ id=”22021″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]