[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed36.jpg” ]
“Təkan” Tələbə Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Xocalı faciəsi ilə bağlı sənədli filmin çəkilişini uğurla davam etdirir. Filmin çəkilişi İB-nin üzvü istedadlı gənc operator Emil Lətifov tərəfindən həyata keçirilir.
Bildiyiniz kimi, XIX əsrdən başlayaraq XX əsrin 90-ci illərinin ikinci yarısınadək olan dövr ərzində ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirimək üçün Azərbaycanın tarixi torpaqları hesabına özlərinə dövlət qurmuş, bununla kifayətlənməyərək 1988-1993-cü ilərdə də işğal siyasətini davam etdirmişlər. Nəticədə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə isə Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımını törətmişlər.Faciənin xalqımıza vurduğu mənəvi zərbə isə ölçüyə gəlməzdir. Əfsuslar olsun ki, indiyə qədər dünya ictimaiyyəti bu hadisəyə öz siyasi və hüquqi qiymətini verməkdə hələdə tərəddüd edir, onu törədənləri ədalət məhkəməsiönün çıxarmağa tələsmirlər. Dünyada mövcud olan bu ikili standartların nəticəsidir ki, torpaqlarımızın 20 faizi işğal altında qalmaqdadır. Doğrudur son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmiz artıq müdafiə mövqeynidən çıxaraq hücuma keçmişdir. Azərbaycanın haqq işinə dəstək verənlərin sırası da genişlənməkdədir. Bu işlər çərçivəsində xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasını xüsusilə qeyd etmək lazımdır. Qısa müddət ərzində erməni terrorizminin əsil mahiyyəti tutarlı faktlar əsasında üzə çıxarılmış, onu beynəlxalq cinayət hüququnun hədəfinə gətirmişdir. Bu baxımdan “Təkan” TGİB-də aparılan bu kampaniyaya dəstək olmaq və öz töhfəsini verməyi qərara almışdır.
İB-tərəfindən çəkilən “Yara” adlanacaq sənədli filmdə də ermənilər və onların havadarlarının köməyiilə həyata keçirilən Xocalı soyqırımından bəhs edəcəkdir. Filmdə erməni vəhşiliklərini əks etdirəcək və indiyə kimi heç bir yerdə sadalanmayan faktlar,real şahidlərin ifadələri, soyqırımı törədən “qəhrəmanlar”ın insanlığa yaraşmayan əməlləri, onları bu işə “həvəsləndirən”lərin fikirləri, habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımla bağlı məlumatlar öz əksini tapacaqdır. Çəkilişə hazırlıq mərhələsində kifayət qədər foto-arxiv sənədləri əldə edilmiş, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatdan faktlar götürülmüş, ermənilərin özlərinin “qəhrəmanlıqları”ndan bəhs edən və bu əməllərini sübut edən video və yazılı sənədlər toplanmışdır.Təxminən 25-30 dəqiqəlik olması nəzərdə tutulan bu sənədli filimdə yaradıcı heyət çalışır ki, tamaşaçıya faciənin dərd yükünü və bunun insanlığa bir böyük ləkə olduğunu anlatsın. Film may ayının sonuna kimi başa çatdırılması və yaxın aylar ərzində onun geniş təqdimatının həyat keçirilməsi nəzərdə tutulur.