[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-322.jpg” ]
12 may 2015 –ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsində Gənclər Təşkilatının sədr müavini Leyla Əliyevanın qalib gəldiyi “Düşmənin azğınlığına susmaram, Vətən!” adlı layihənin açılışı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Fərmanova Səbinə layihənin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan bəhs etmişdir. Daha sonra sözü layihənin rəhbəri Leyla Əliyevaya vermişdir. O, bildirmişdir ki, bu layihə Ermənistanın Xocalıda etdiyi misli görünməmiş soyqırımı daha geniş kütləyə təqdim etmək, övladlarını “türk sənin düşmənindir” deyərək bütün türklərə qarşı nifrət hissi ilə böyüdən azğın ermənilərin iç üzünü geniş kütləyə çatdırmaq məqsədi daşıyır. Həmçinin layihədə iştirak edən bir neçə gənc də layihə haqqında öz fikirlərini bildirmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22002″ id=”22002″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]