[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-231.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Qızıl Əllər” layihəsinə start verildi.
“Qızıl əllər” layihəsinin məqsədi dekorativ tətbiqi sənət sahəsinin bir qolu olan metal işləmələrinə, metaldan heykəl və fiqurların hazırlanmasına gənc rəssamların, heykəltəraşların diqqətini cəlb etməkdir.
Qeyd edək ki, gənc rəssam və heykəltəraşların bu sahə barəsində məlumatlandırılması üçün iki gün ərzində təlimlər keçiriləcək və sonda layihə çərçivəsində hazırlanmış əsərlərin sərgisi təşkil olunacaq.
Nəzərinizə çatdırırıq ki, təlimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutacaqdır. Təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21984″ id=”21984″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]