[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed30.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Tədbir Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə baş tutub.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Rauf Fərzəliyev açıb. R. Fərzəliyev layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.
Layihə rəhbəri layihənin ilk tədbirinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümündən dərhal sonra keçirilməsindən danışaraq, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və onların fəaliyyətindən söz açıb.
Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor mavini Xəyalə Abbasova çıxış edib. X. Abbasova məktəblərində məhz bu mövzuda layihə çərçivəsində tədbirin keçirilməsindən çox məmnun olduğunu qeyd edib. Direktor müavini tədbirdə iştirak edən şagirdləri Sumqayıt şəhərində 9 may faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə keçirilən paradda 1-ci yeri tutmaları münasibətilə də təbrik edib.
Sonra söz ekspert Anar Həsənliyə verilib. A. Həsənli sözügedən layihənin həyata keçirildiyi tarixi xüsusi olaraq vurğulayıb. Layihənin ilk tədbirinin 8 may – Şuşanın erməni separatçıları tərəfindən işğal olunduğu gün, 9 may – qələbənin 70 illik yubileyinin qeyd olunduğu gün və 10 may – Ulu öndər Heydər Əliyevin doğum günündən sonra həyata keçirilməsinin təsadüf olmadığını deyib, bu günlərin birbaşa vətənpərvərliklə sıx bağlı olduğunu qeyd edib.
Natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb.
Sonra A. Həsənli Azərbaycan ordusundan danışıb. Ekspert Azərbaycan ordusunun bugünkü inkişafından, orduya ayrılan diqqət və qayğıdan, Azərbaycan ordusunun işğal altında olan torpaqların geri qaytarmağa malik qüdrətli ordu olmasından bəhs edib.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21964″ id=”21964″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]