[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-226.jpg” ]
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Olimpiya həyəcanının hiss et” layihəsi çərçivəsində Nərimanov rayonu İcra Hakimiyyətində gənclərlə görüş keçirib. Görüşdə Nərimanov rayonu ərazisində yerləşən təhsil ocaqlarının gəncləri iştirak edib. Tədbirdə çıxış edən təşkilatın sədri Samirə Mustafayeva gənclərə Avropa oyunlarının Bakıda keçirilməsiylə bağlı bilgi verib: “ Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, 24 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. I Avropa oyunlarına hazırlıq mərhələsi başa çatıb. Aprelin 26- da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda I Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər. Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir – birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir. Aprelin 26- sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşüb. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başladı. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib- dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8- də paytaxtdakı idman arenalarında, 9- da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10- u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı- 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir”.
Bundan sonra təşkilatın üzvü Gülnaz Qənbərli gənclərə I Avropa Oyunlarının xronikasıyla bağlı məlumat verib. O həmçinin bildirib ki, Avropa Oyunları Qarabağ haqda həqiqətlərin dünyaya çatdırılmasında , ölkəmizin təbliğatının daha geniş formada aparılmasında əsas meyar olacaq”. Tədbirin təşkilatçılarından Tofiq Əzizov isə çıxışında I Avropa Oyunlarında yarışların keçirilmə yerləri haqda geniş məlumat verib.
Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsi Ağamir Ağamirov isə gənclərə I Avropa oyunlarının nizamnaməsi ilə bağlı məlumat verib. O bildirib ki, I Avropa Oyunları üçün yenicə istifadəyə verilən bütün İdman Kompleksləri yarışlardan sonra gənclərin ixtiyarına veriləcək: “Bu komplekslərin ərsəyə gəlməsi resbuplika gənclərinin daha komfort idmanla məşğul olmalarına və bu sahədə yüksək nailiyyətlər əldə etmələrinə yardımçı olacaq”.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 3 ay müddətində Bakının Yasamal, Sabunçu, Binəqədi, Suraxanı və Nərimanov rayonıarının gəncləri arasında maarifləndirmə işləri aparıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21934″ id=”21934″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]