[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/DSC_0441.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin İntellektual İnkişafına Yardım” İ.B. tərəfindən “Uğurlu Gənclik, Uğurlu Gələcək” layihəsini reallaşdırmışdır. Layihə tələbələrin iştirakı ilə, uğurlu şəxslərin çıxışı və həmçinin də öz istedadının göstərmək istəyən gənclərlə tamamlanmışdır. Layihədə 260 müxtəlif universitet tələbələri iştirak etmiş, universitetlərdə, kitablarda oxumadıqları məlumatlara sahib olmuşlardır. Spikerlərin illər ərzində qazandıqları uğurların səbəblərini, qarşılaşdıqları çətinliklər haqqında ətraflı və misallarla iştirakçılara təqdimat etdilər.
Teymur Məmmədov illərdir qarşılaşdığı ictimai qınaqların qırılması, ünsiyyətin təkmilləşdirilməsi, düşüncə tərzinin mükəmməlləşdirilməsi mövzüsünda öz təcrübəsi ilə birgə ətraflı məlumat vermişdir. Toğrul Ələkbərov karyera qurulması, ruhdan düşməmək üçün edilməli olanlar, öz təcrübəsində yaşadığı uğurlu-uğursuz hadisələri və çıxardığı nəticələr haqqında dərindən təqdimat etdi.
Namiq Məmmədov, illərdir qazandığı insan resursları sahəsində təcrübəsini 45 dəq ərzində tədbir iştirakçılarının diqqətinə çatdırdı. Təqdimatında, yaxşı kadr necə olar, iş tapmağın yolları, uğur qazanmağın sirri, CV yazılması və digər lazımı məlumatlar toplanmışdı.
Spiker Şəmsi Bayramzadə uğurlu həyat qurulmasında, şəxsi təcrübələrindən, rastlaşdığı öyrədici hadisələrdən, müşahidələrindən əldə etdiyi nəticələrdən, “ilk maaş” almaq üçün lazımlı bilik və bacarıqlardan ətraflı təqdimat etmişdir. Layihədə ümumilikdə 260-dan çox gənc yararlanmış və növbəti belə tədbirin nə zaman olacağını həvəslə gözlədiklərini bildirmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən bu layihə Gənclərin İntellektual İnkişafına Yardım” İ.B. tərəfindən region gəncləri üçün də təşkil olunmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21913″ id=”21913″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]