[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=””http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-47.jpg” ]
Beynəlxalq Mətbuat Mərkəzində və Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə TUMİB-nin sədri Çingiz Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Prezidentin yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Azərbaycan Dövlət Rəsm Qaleriyasının direktor müavini İlqar İlyasov və Bakı Atatürk Liseyinin müdiri Əli Devrim, Türkiyədə təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər. İlk öncə tədbirdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olundu və dövlət himnini səsləndirdildi. Tədbiri giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramov qeyd edib ki, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”nin fəlsəfi, siyasi mənası olduqca dərindir: “Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Azərbaycançılıq məfkurəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin müəllifi olduğu, sistemləşdirdiyi, Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib”.
Ç. Bayramov əlavə edib ki, Ulu öndər Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan dövlətidir: “Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir. Biz azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği üçün bu layihə çərçivəsində müxtəlif tədbirlər keçirmişik. Tədbirlərimiz Şəmkir, Salyan, Qəbələ və Bakının Binəqədi rayonunda baş tutdu. Hesab edərim ki, bu cür layihələr milli ideologiyamızın təbliği və mənimsənilməsi baxımından əhəmiyyətlidir”.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev həm də azərbaycançılıq ideologiyasının müəllifidir: “Məhz Sovet dövründə respublika rəhbəri olmaqla bərabər Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq və milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz bu müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik! Hələ 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyası qəbul edilərkən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə Ulu öndər Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu. Dövlət dili məsələsinə toxunarkən onu da qeyd edim ki, o zaman ittifaqın tərkibində olan respublikaların əksəriyyətində öz ana dillərinin dövlət dili kimi qəbul olunmasına əhəmiyyət verilmədi. Ulu öndər Heydər Əliyev bu məsələyə ona görə xüsusi əhəmiyyət verdi ki, Onun varlığında gələcək müstəqil Azərbaycan var idi. Ulu öndər hələ Sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə də üstünlük verirdi. Bununla da O, əsl azərbaycanlı-rəhbər obrazını yaratdı. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da O, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu. Sovetlər hakimiyyəti dövründə Heydər Əliyev, həmçinin, sənətdə uğurlar qazanan yaradıcı insanlarımızı, şairləri, yazıçıları, elm adamlarını dövlətin yüksək mükafatları ilə təltif etdirməklə Azərbaycan və azərbaycanlının kim olduğunu göstərdi. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı”.
Millət vəkili əlavə edib ki, müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı: “Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova bildirib ki, Azərbaycanın dinamik inkişafı, qazandığı çoxsaylı nailiyyətlər erməni lobbisi ilə əməkdaşlıq edən müəyyən dairələrdə narahatlıq yaradır. Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əks-təbliğat işləri aparan təşkilatlardan danışan R. Qurbanova əlavə edib ki, həmin təşkilatlar heç vaxt Xocalı faciəsi, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları ilə bağlı bəyanat verməyiblər: “Bunların məqsədləri bəllidir, bunlara maliyyə verən tərəflər də bəllidir. Mən Azərbaycan gənclərini bu kimi təşkilatların fikirlərinə aldanmamağa çağırıram. İstərdim ki, gənclərimiz sosial şəbəkələrdən də səmərəli şəkildə istifadə etsinlər. Hansısa saytlarda Azərbaycana qarşı mənfi fikirlər gedirsə, biz onlara müvafiq cavab yazmalıyıq”.
Daha sonra çıxış edənlər Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Prezidentin yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Azərbaycan Dövlət Rəsm Qaleriyasının direktor müavini İlqar İlyasov və Bakı Atatürk Liseyinin müdiri Əli Devrim Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini bu gün uğurla Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyev tərəfindən daha da sistemləşdirildiyini bildirdilər. Beynəlxalq Mətbuat Mərkəzində və Xətai Sənət Mərkəzində TUMİB Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin gənclər arasında təşkil olunan – yazı, şeir, rəsm və mahnı müsabiqələrinin qaliblərini mükafatlandırıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21828″ id=”21828″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]