[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/BANER_LALA_GF_PressReliz.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Moskva Dövlət Humanitar İqtisadi Universitetində oxuyan əlilliyi olan və valideyn himayəsindən məhrum olmuş azərbaycanlı tələbə-gənclər üçün 2011-ci ildə yaradılmış “Vətən” klubunun inkişafına yönəlmiş layihənin icrasına 15 mart 2015-ci il tarixindən start verilmişdir. Xaricdə təhsil alan gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Azərbaycan ərazisinin bütövlüyünün qorunması ilə bağlı müxtəlif ölkələrdə tədbirlərin keçirilməsi, Azərbaycanın mədəniyyəti və milli adət-ənənələrinin təbliği, milli bayram və matəm günlərinin qeyd edilməsi, müxtəlif mövzularda sərgilər, görüşlər, diskussiyaların keçirilməsi kimi müxtəlif fəaliyyətlərin görülməsi çox önəmlidir. Moskva Dövlət Humanitar İqtisadi Universitetində təhsil alan tələbələrin ümumi sayı 1600 nəfərdən çoxdur. Onların arasında Azərbaycan, Rusiya, Qazaxstan, Ukrayna, Moldova, Ermənistan və diqər ölkələrdən gələn gənclər var. Azərbaycanlı tələbələrin sayı 100 nəfərə yaxın, onlardan “Dan”BGİB-nin təşəbbüsü və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə 7 nəfər valideyn himayəsindən məhrum olmuş, 7 nəfər isə əlilliyi olan gənclər təhsil almaq üçün göndərilmişdir.
Layihənin məqsəd və vəzifələri:
– Rusiyada təhsil alan Azərbaycan dövlət uşaq müəssisələrində böyüyən valideyn himayəsindən məhrum olmuş və əlilliyi olan gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi.
– Azərbaycan ərazisinin bütövlüyünün qorunması ilə bağlı tədbirlərin keçirilməsi.
– Azərbaycanın mədəniyyəti və milli adət-ənənələrinin təbliği.
– Milli bayram və matəm günlərini qeyd edilməsi.
– Müxtəlif mövzularda sərgilər, görüşlər, diskusiyaların keçirilməsi.
– AMOR (Azərbaycan Gənclər Təşkilatı Rusiyada) təşkilatı ilə birgə Azərbaycanla əlaqədar Moskva Dövlət Humanitar İqtisadi Universitetində müxtəlif tədbirlərin təşkili.
Azərbaycanlı tələbələrin asudə vaxtlarıın keçirilməsi Layihənin icrası nəticəsində birbaşa 100 nəfər Azərbaycanlı gənc (onlardan 14 nəfər valideyn himayəsindən məhrum olmuş və əlilliyi olan gənclər) və dolayısı 1700 nəfər Moskva Dövlət Humanitar İqtisadi Universitetində təhsil alan müxtəlif dövlətlərin nümayəndələri və müəllim – işçi heyətinin bəhrələnməsi gözlənilir.