[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-92.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibi olmuş “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin “Gənc zabit – gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihəsi çərçivəsində son olaraq Quba rayonunda “Gənc Zabit” düşərgəsi keçirilib.
Düşərgədə layihə çərçivəsində keçirilən görüşlər zamanı seçilmiş 60 nəfər şagird iştirak etmişdir. Düşərgə zamanı şagirdlərə hərbi xidmətə uyğun olaraq gün nizam qaydaları tətbiq edilir. Düşərgə ərzində gələcəkdə hərbçi olmaq istəyən gənclər idman, müxtəlif dərslər zamanı fəallıq nümayiş etdiriblər. Qeyd edək ki, layihənin məqsədi orta məktəb şagirdləri arasında hərbi ixtisasa marağı artırmaq, hərbi peşəni təbliğ etmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Layihənin məqsədinə uyğun olaraq düşərgədə iştirakçılara hərbi xidmət, hərbi qanunvericilik, ölkəmizin məşhur hərbçiləri, Dağlıq Qarabağ müharibəsi zamanı aparılan hərbi əməliyyatlar barədə ətraflı məlumat verilmişdir. Həmçinin iştirakçıların Qusar rayonunda yerləşən hərbi hissəyə səfəri də təşkil edilmişdir. Hərbi hissəyə gələn şagirdlər Qərargah, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, tədris sahələri, silahlarla tanış olublar. Hərbi hissənin zabitləri şagirdlərə hərbi xidmətlə bağlı ətraflı məlumat veriblər. İştirakçıların günorta yeməyini əsgərlərlə bir yerdə, əsgər yeməkxanasında yemələri isə onlara daha böyük təsir edib. Hərbi hissəyə səfər şagirdlərin hərbi xidmət, hərbçi həyati barədə praktiki təcrübə qazanmağa imkan verib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21762″ id=”21762″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]