[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed7.jpg” ]
“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşlilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ekologiya- sağlam həyat tərzidir!” layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi gənclər arasınada ekoloji maarifləndirmənin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği üçün yaradılmış xüsusi proqram olan “İnsan Ekologiyası”nın Azərbaycanda geniş yayılmasına dəstək olmaqdır. İnsanın ətraf mühitə göstərdiyi təsiri minimallaşdırmaq üçün hazırlanmış bu proqram insanla təbiət arasındakı münasibətin onlara təsirinə, təbii resurslardan səmərəli istifadəyə, insanların ekoloji istehlak barədə məlumatlandırılmasına, ekoloji cəhətdən zərərsiz məhsul və xidmətlərin istifadəsi haqqında maarifləndirilməsinə hədəflənmişdir.
“Ekologiya- sağlam həyat tərzidir!” layihəsi əsas iki istiqamətdə fəaliyyət göstərəckdir. Birinci istiqamət “İnsan Ekologiyası” proqramı əsasında hazırlanmış təlimlərin keçirilməsini, ikinci istiqaməti isə bu mövzunu əhatə edən sosial çarxın çəkilişini təmin edəcəkdir.
Layihədə iştirak etmək istəyən gənclər öz cv-lərini və yaxud tərcümeyi-hallarını (əlaqə məlumatları qeyd olunmaq şərti ilə) 15 may 2015-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.