[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-22.jpg” ]
1 may 2015-ci il tarixdə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Zaur Əliyevin ölümdən sonra “ZAUR ƏLİYEVİN XATİRƏSİNƏ” adlı sərginin açılışı olmuşdur. Açılışda Azərbaycan Rəssamlar İttifaqının katibi Ağali İbrahimov, tanınmış heykəltaraş xalq rəssamı Xanlar Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva çıxış edərək Zaurun yaradıcılığını yüksək qiymətləndirib və onun Azərbaycan incəsənəti üçün dəyərli bir rəssam ola biləcəyini bildirmişlər. Rəssamın valideynləri sərginin təşkilində göstərdiyi köməyə Gənclər Fonduna minnətdarlığını bildirərək, sərgiyə gələn Zaurun xatirəsini əziz tutan dostlarını salamlamışlar. Eyni zamanda, açılışda İsmayıl İsmayılovun çəkdiyi “Zaur Əliyevin xatirəsinə” həsr olunmuş filmin nümayişi də keçirilmişdir. Sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
İki gün davam edəcək sərgidə rəssamın 80-nə yaxın əsəri nümayiş edilir. Bir neçə seriyanı təşkil edən qrafika əsərləri və kiçik plastika nümunələri ekspozisiyaya daxil edilmişdir.
Əliyev Zaur Rasim oğlu 28 mart 1970-ci ildə anadan olmuşdur.
Uşaqlıqdan rəsssamlıq, heykəltaraşlıq bacarıqlarını göstərir, incə musiqi duyumuna malik idi. Təsviri incəsənətin müxtəlif istiqamətlərində: rəngkarlıq, heykəltaraşlıq, qrafika; multiplikasiyada işləmişdir.
Bir çox mükafat və diplomla təltif dilən Z.Əliyev həm Bakı, həm də xaricdə keçirilən sərgilərdə uşaqlıqdan işləri nümayiş edilirdi. Beynəlxalq uşaq ilində onun rəsmləri Avropa, Amerika, Afrikanın müxtəlif ölkələrində, həmçinin xaricdəki Sovet mədəni mərkəzlərində nümayiş edilmişdir.
Rəssamlıq məktəbində oxuyarkən Zaur mini-futbol üzrə yarışların ən yaxşı emblemi müsabiqəsində sonradan nişanları buraxılan Cırtdanın top ilə təsvirinə görə qalib olmuşdur. Müxtəlif illərdə onun tərəfindən olimpiada, simpozium, konqress iştirakçıları üçün bir sıra emblemlər yaradılmışdır.
Azərbaycanın qəzet və jurnallarına Zaur Əliyevin yaradıcılığı haqqında çoxlu sayda məqalələr nəşr edilmişdir. O, 1997-ci ilin ən yaxşı gənc rəssamı və heykəltaraşı adına layiq görülmüş və mükafatı ölümündən sonra verilmişdir.
Zaur Əliyev 6 mart 1997-ci ildə 26 yaşında vəfat etmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21692″ id=”21692″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]