[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed.jpg” ]
Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılağı ilə “Dövlət rəmzləri – milli dəyərlərimizdir” adlı layihənin növbəti görüşü keçirildi.
Görüşdə təşkilatın sədri Ramin Xudayev çıxış edərək layihə haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, layihə artıq 3 aydır ki, Quba, Qusar və Xaçmaz rayonlarında icra olunur və ictimaiyyət tərəfindən yüksək səviyyədə qəbul olunur.
Daha sonra Zərdabi qəsəbə tam orta məktəbinin direktoru və digər şəxslər çıxış edərək layihə ilə bağlı fikirlərini bildirdilər.